• info@legalway.com
  • +99412 597 44 46; +99451 544 44 46

Hüquq xidməti

Biz, hüquqi xidmətlər sahəsində geniş spektrli xidmətlər təqdim edirik və müştərilərimizin bütün hüquqi tələblərinə cavab veririk.

1. Hüquqi Dəstək

  • Müxtəlif növ sənədlərin (müqavilələr, əlavə razılaşmalar, aktlar, əmrlər, rəsmi yazışmalar, protokollar, hesabatlar və digər sənədlər) tərtib olunması;
  • Müxtəlif növ sənədlərin hüquqi ekspertizası, onlara dair hüquqi rəylərin verilməsi;
  • Müştərilərimizin müxtəlif qurumlar və şəxslər qarşısında təmsil olunması;
  • Hüquqi yanaşma tələb edən görüşlərdə birgə iştirak;
  • Müştərilərimizin cari fəaliyyəti ilə əlaqəli olan bütün digər gündəlik məsələlərin hüquqi tənzimlənməsi.


2. Əmək Hüququ

  • Şirkətin əmək münasibətləri sisteminin qanunvericilik və tənzimləyici orqanın tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
  • Əmək münasibətlərinə dair məsləhətlərin verilməsi;
  • Əmək müqaviləsi, əmr və əlaqədar sənədlərin tərtibi;
  • Əmək müqaviləsi bildirişlərinin Elektron İnformasiya Sisteminə yerləşdirilməsi;
  • Əsasnamələr və vəzifə təlimatlarının hazırlanması;
  • İş icazələrinin alınması;
  • Əmək münasibətlərinə dair qanunvericilik yenilikləri ilə bağlı məlumatların verilməsi.

3. Korporativ Hüquq

Kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin yaradılması, dövlət qeydiyyatına alınması, hüquqi şəxslərdən mənfəət vergisi tutulması və digər məsələlərin həlli zamanı lazımi hüquqi yardım təqdim edirik. Hüquqi şəxsin yaradılması bir sıra qanuna müvafiq ardıcıllıqları tələb edir. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər. Hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər kimi növlərə ayrılır. Azərbaycan Respublikası da mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir.

4. Mübahisələrin Məhkəmə Qaydasında Həlli

Mübahisələrin məhkəmə qaydasında həlli xidmətlərimiz müştərilərimizin birinci instansiya məhkəmələrində, apellyasiya instansiyası məhkəmələrində və Ali Məhkəmədə təmsil olunmasını əhatə edir. Təcrübəli komandamız xüsusilə aşağıdakı sahələr üzrə ixtisaslaşıb:

  • Kommersiya mübahisələri;
  • İnzibati hüquq mübahisələri;
  • Əmək mübahisələri;
  • Daşınmaz əmlak mübahisələri;
  • Sığorta mübahisələri;
  • Əqli mülkiyyət mübahisələri;
  • Kredit (borc) və ipoteka mübahisələri;
  • Lizinq mübahisələri;
  • Vergi mübahisələri;
  • Gömrük mübahisələri;
  • İnzibati xətalarla bağlı mübahisələr.


5. Tənzimləyici qurumlarla iş

  • Lisenziyaların və icazələrin alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum(lar) qarşısında təmsilçilik;
  • Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
  • Valyuta tənzimi və valyuta əməliyyatları sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum və banklar qarşısında təmsilçilik;
  • İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
  • Şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurumlar qarşısında təmsilçilik;
  • Texniki təhlükəsizlik və əməyin təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurumlar qarşısında təmsilçilik;
  • Reklam sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
  • Daşınmaz əmlak sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik;
  • Gömrük sahəsində qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və müvafiq tənzimləyici qurum qarşısında təmsilçilik.

Sürətli Əlaqə

Biznesiniz üçün keyfiyyətli xidmətimizdən yararlanmaq istəyirsiniz?